/ Xidmətlər/ Rəqəmsal Məhsullar NEOQUE Ağıllı Növbə Sistemi
NEOQUE Ağıllı Növbə Sistemi image

NEOQUE Ağıllı Növbə Sistemi

NeoQue Ağıllı Növbə Sistemi müştəri məmnuniyyətini artırmaq və xidmət prosesini tam avtomatlaşdırmaq üçün hazırlanmış yeni nəsil idarəetmə sistemidir. Həm canlı, həm də öncədən təyin olunmuş (appointment) növbələri tək platformadan idarə edir.

Demo Təqdimat

Üstünlüklər

NEOQUE Ağıllı Növbə Sistemi - Təklif olunan əsas üstünlüklər haqqında aşağıdakı siyahıdan məlumat əldə edə bilərsiniz. Daha ətraflı məlumat almaq üçün bizə zəng edin.

N/A icon
Canlı növbələr
Növbələr real müraciət əsasında sıra ilə sistemə daxil edilir, və gözləyən müştərilərə şəffaflıqla xidmət göstərildiyi üçün konfliktlər minimuma endirilir.
N/A icon
Randevü sistemi
Müştəriləri hər növ xidmətin oz icra müddəti nəzərə alınmaqla növbəyə yaza bilər, və zaman konfliktlərinizi aradan qaldıra bilərsiniz.
N/A icon
Növbə Monitoru
Hər istifadəçi üzrə istənilən sayta quraşdırıla bilən növbə monitorunda bütün gözləyən müştəriləri, icra olunan xidməti və keçən vaxtı, həmçinin istifadəçi tərəfindən yüklənmiş video və təsvirləri fərdiləşdirilmiş intervalla izləyə bilərsiniz.
N/A icon
Sintetik səsləndirmə
Azərbaycan dili və bir çox dillərdə HD keyfiyyətli natural səsləndirmə növbəsi çatan müştəriləri xidməti otaqlara çağırmaqda, və fərdiləşdirilmiş xəbərdarlıq mesajlarını çatdırmaqda mühüm rol oynayır. Ən müasir səsləndirmə modellərindən istənilən səs tonu və cinsiyyət seçmək mümkündür.
N/A icon
QR kodla Müştəri ekranı
Displeydə açılan və çap olunmuş bilet üzərindəki müştəri QR kodu vasitəsilə müştəri ekranına smartfonunuzdan keçid edə bilərsiniz. Bu ekranda siz icra olunacaq xidməti, kabinet nömrəsini, icraçı şəxsi və ən əsası isə canlı növbənizdə neçə nəfər qaldığını və təxmini gözləmə müddətini görə bilər, növbənizi istənilən yerdən izləyə bilərsiniz.
N/A icon
Reklam Ekranı
Növbə monitorunda xüsusi ayrılmış sahədə video və təsvir materiallarının reklam kimi göstərilməsi. Reklam keçid intervalının təyin olunması. Həmçinin videolar üzərində istənilən başlıq və altyazıların göstərilməsi.
N/A icon
Statistika
NeoQue hər icra olunmuş müayinədən statistika toplayaraq, həm istifadəçiyə, həm də müştərilərə daha real göstəricilər təqdim edir. Statistikanın düzgün şəkildə toplanması müştəri ekranında təxmini gözləmə müddətinin kompleks düsturlarla düzgün hesablanmasına kömək edir.
N/A icon
İstifadəçilər və icazələr
Hər müəssisə panelinə istənilən sayda istifadəçilər əlavə edə, bu istifadəçilərə fərdi xidmətlər təyin edib tam özəlləşdirilmiş növbə sistemi qura bilərsiniz. Həmçinin növbələrin idarə edilməsi üçün assistantlara özəl limitləşdirilmiş ekranlar yarada bilərsiniz.
N/A icon
Xəbərdarlıq səsləndirmə
Müəyyən intervallarla xəbərdarlıq və ya ümumi məlumat səsləndirərək müştəriləri mövcud qaydalar və istisnalarla bağlı xəbərdar edə bilərsiniz. Həmçinin manual qısayollar ilə monitorlarda birdən çox fərdiləşdirilmiş anonsu real zamanda səsləndirib müştəriləri ən son dəyişikliklər barədə məlumatlandıra bilərsiniz
N/A icon
Dizayn fərdiləşdirmə
Növbə ekranında, yazı miqyasını, fon rəngini və digər bütün stok rəngləri, həmçinin yazi şriftini dəyişdirmə imkanı təqdim olunur. Bu ekranda struktur dəyişiklikləri də edə bilər və ya bizim tərəfimizdən təqdim olunan hazır temalardan bəyəndiyinizi seçə bilərsiniz.
N/A icon
Medsoft Inteqrasiya
NeoQue sistemi Medsoft ilə tam inteqrasiya olunmuşdur. Beləki Medsoftda ödənişi təsdiq olunmuş pasient üzərinə bir klik ilə pasient məlumatları avtomatik icraçı həkimin növbə sisteminə daxil olur. Həmçinin Medsoft-un daxili QMATİC funksiyası NeoQue Müştəri Ekranı QR Kodunu avtomatik çek üzərində çap edir.